Getmək. Uzağa,çox uzağa. Əlini uzadsan toxuna bilməyəcəyin, qaçsa çata bilməyəcəyin, baxsan görə bilməyəcəyin, hətta, hətta hiss edə bilməyəcəyin qədər uzağa. Geri qayıtmağa gücün çatmayacaq qədər uzağa. Uzun bir yol. Həm də piyada geedilən. Addım-addım. Bilərəkdən.Qəsdən. İstəyərək ya da istəməyərək. Lakin gedilən yol. Bir yol. Kədərlə qoyub geridəkiləri getmək. Yarımçıq qoyub getmək. Üzgün, kefsiz, narahat. Bəlkə də daha bir neçə söz də əlavə etmək olar bu silsiləyə. Lakin bunların hamısını geridə qoyub, insan özü-özünə düşündü: Nə zaman gedəcək?
Gözəl bir insan bunu bir gəmi səyahətinə bənzədir. Gedənlərin arxasınca ağlama. Hətta baxarsan, gülümsə. Əlvidası təbəssümdən olsun. Kədərdən doğan təbəssümlə. Sona salam de. Başlanğıca salam de. Özünlə sağollaş.
http://sessizdragon.ucoz.com/GecOldu/19.gec_oldu-getm-k-sohb-t.mp3Podchaser is the ultimate destination for podcast data, search, and discovery. Learn More