Elmeddin Mehreliyev
PUGNATOR - ARANDAN ULDUZLARAElmeddin Mehreliyev
Directed: Anar Animaan
Drone: Elkhan Ganiyev, Vahid Hasanov
Lyrics: Pugnator
Beat: ELTEE
Mix & Mastering : MC BUS
Studio: XRB
Manager: Kaiizo
Thanks: Alican Gasimov
Sözləri/Lyrics
Chorus:
Çətin görünür baxanda uzaqlara
Yaşayıram dartıb yükün ipini
Doğma gəlir yollar Arannan ulduzlara
Mən tək daşıyıram rap-imi.
Verse:
A a a dartıb yükün ipini,
Neçə kömək itirib,
Qələm ağzı itili,
Tək qoydum izimi ki, yoluma təməl bilib,
Qoyduğum o daşlara söykənməsin heç kim.
Kim? kim? kim bilir daş altdakı əldən?!
Biri ayığ, beşi yuxusuz keçən gecədən,
Danışaram sənə burda reper kimi tanınmaqçün (f*k system) saysız maneədən.
Azsaylı biletlərin satışını bacarmayıb,
Çalışdığ yazağ yaradaq Arandan ayrılmayıb,
Konsertə gələn o "100-lərdən" birisən sən,
"54-də" başlamışam "Noosfer-in" sonuyam mən.
Yaşatmır həqiqəti, bilinməyən təriqəti,
Gözümüzə soxub mənə demə düzü, bəri gətir,
Bu dünyaya dəli gəlib, dəliliyə sübut əlim,
Yazılarım morqa kimi, öləcən mənimlədi.
Qınanılan musiqimi qulaqcıqda gizlədib,
Ancaq gizli otaqlardan gəlirdi səs-səmir,
İstəməzdi atam, oğlu olsun dəli gic biri,
Gic bilin, Ceg kimi, beynimdə gic bir hiss.
"Real life music" (a) danışıram faktdan,
Söz deyil, yaşamımı oturdub takta,
Adını çəkmirəm mən əsassız heç kimin,
Lazım gəlsə topunuzu salaram akta.
Chorus:
Çətin görünür baxanda uzaqlara
Yaşayıram dartıb yükün ipini
Doğma gəlir yollar Arannan ulduzlara
Mən tək daşıyıram rap-imi.